Reklam
Reklam

Məsəllər, deyimlər

SAQQALLI UŞAQ

►Özünü uşaq kimi aparan, yaşına müvafiq hәrәkәt etmәyәn yaşlı adamlara münasibətdə istehza ilə deyilən ifadə.

İfadə Mirzə Cəlilin «Saqqallı uşaq» (1926) hekayәsinin adından qaynaqlanır.

Әsәrdә yağ vә yumurta satan yaşlı və bisavad kişi ona borclu qalanların borc hesabını yadda saxlamaq üçün divara müxtәlif işarәlәr qeyd edir. Bəzən də adamları yadda saxlamaq üçün ona bənzər simalar çəkir; məsələn, birisini saqqallı adam kimi təsvir edir. Amma pis çəkdiyindən onun uşağa, ya böyüyə bənzədiyini sezmək olmur.

İfadәnin mәşhurlaşıb yayılmasında böyük ədibin özünün də mühüm rolu olmuşdur. O, 1930-cu ildә nәşr etdirdiyi «Saqqallı uşaqlar» mәqalәsindә yazmışdır: «Ancaq mәni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır. Mәn saqqallı uşaqlar o kәslәrә deyirәm ki, otuz vә qırx yaşa çatıb, amma adlarını yazmağa acizdirlәr».

Zaman keçsə də, ifadə öz semantikasını saxlayır, çünki biz «saqqalı uşaqlar»la təkcə ədəbi əsərlərdə yox, gerçək həyatımızda da tez-tez rastlaşırıq.

Məsəllər, deyimlər