Reklam
Reklam

Məsəllər, deyimlər

ŞAMAXI BATAN KİMİ BATMAQ

İşi düz gәtirmәmәk, vәziyyәti ağırlaşmaq, iflasa uğramaq.

İfadə seysmoloji baxımdan həssas olan Şamaxıda tarixən baş vermiş zəlzələ və dağıntılarla bağlı yaranmışdır.

Şamaxı vә onun әtraf rayonları tarixboyu tez-tez zәlzәlәlәr baş verәn ərazilər olmuşdur. Çox-çox qәdimlәrdәn bәri güclü zәlzәlәlәr nәticәsindә burada tez-tez böyük dağıntılar baş vermişdir. İlk dəfə 1192-ci ildә güclü zәlzәlә Şamaxını dağıtmışdı.

XVII әsrin ortalarında Azәrbaycana sәyahәt etmiş Yan Streys adlı bir holland dәnizçisi öz xatirәlәrindә Şamaxıda çox tez-tez zәlzәlәlәr baş verdiyindәn söһbәt açmışdır. Göstәrmişdir ki, Şamaxıda olduğu bir ildә hәr gün әn azı üç dәfә zәlzәlә, yer tәrpәnmәsi olmuşdur. Xüsusilә 1667-ci ildә baş verәn zәlzәlә çox güclü vә dәhşәtli olmuşdu. Bu zәlzәlә üç ay davam etmişdi. Çoxlu binalar, hәtta bir neçә dağ uçmuş, şəhər tamamilә dağılmışdı. Ölәnlәrin sayı 80 min nәfәrә çatmışdı.

1669-cu ildә güclü zәlzәlә nəticəsində Şamaxı yenidәn tamamilә dağılmış, 8 minə yaxın insan həlak olmuşdu. 1859 və 1869-da, həmçinin 1872 və 1895-ci illərdə də güclü zәlzәlә nәticәsindә şәһәr evlərinin çoxu dağılmış vә әhali böyük zәrәr çәkmişdi.

Sonuncu dəfə 1902-ci il fevralın 13-dә dağıdıcı zәlzәlәdə şәhәrә çox böyük ziyan dәymişdi. O zamanlar 27 minә qәdәr әhalisi olan Şamaxı yerlәyeksan olmuş, şәhәr әtrafındakı 30 kәnddә dә dağıntılar baş vermişdi.

Təbii ki, bütün bunlar hәmin ifadәnin yaranmasına sәbәb olmuşdur.

Məsəllər, deyimlər