Sərnişinlərin, yüklərin və s.-nin quru yolları ilə daşınmasını təmin edən nəqliyyat növü.
Q.N. insanların tam əksəriyyətinin gündəlik həyatda ən çox istifadə etdikləri nəqliyyat növüdür. O, avtomobil nəqliyyatından, dəmir yolu nəqliyyatından, boru kəmərlərindən və qoşqulardan ibarətdir. Q.N.-nın müxtəlif təsnifat formaları mövcuddur: yerüstü və yeraltı nəqliyyat; ictimai və şəxsi nəqliyyat; sərnişin və yük nəqliyyatı və s. Q.N.-na nəqliyyat vasitələrindən (avtomobillər, qatarlar, arabalar) başqa, olduqca geniş infrastruktur (vağzallar, dayanacaqlar, yanacaqdoldurma stansiyaları, təmir müəssisələri), həmçinin yollar (şoselər, dəmir yolları, kəmərlər), qovşaqlar (körpülər, tunellər, keçidlər) daxildir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti