Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qorxmaq [qorxmax] feil

1. Bir adam, ya şey, yaxud hadisə və s. qarşısında qorxu hiss etmək, ürkmək, xoflanmaq, qorxaqlıq göstərmək. □ İtdən qorxmaq.
2. Cəsarət edə bilməmək. □ O, qaranlıqda bayıra çıxmağa qorxur.
3. Narahat olmaq, təşvişə düşmək, təlaş etmək. □ Mahirə qorxmuş kimi dörd yanına boylandı. (M.Hüseyn).
4. Çəkinmək, sağınmaq, ehtiyat etmək. □ Soyuq suda çimməkdən qorxur.
5. Bir şeyin təsirindən xarab olmaq, pozulmaq, korlanmaq. □ Bu bitkilər soyuqdan qorxmur.

Həmçinin bax:

frazeologizm: gözü qorxmaq frazeologizm: kölgəsindən qorxmaq (ürkmək) frazeologizm: öz kölgəsindən qorxmaq Azərbaycan dilinin izahlı lüğəti