►Hər hansı əsərin və ya çıxışın, yaxud müəyyən edilmiş bir fəaliyyətin əsas ideyası olmaq; xüsusi seçilmək, üstünlük təşkil etmək.
İfadə Hötenin «Bənzər xasiyyətlər» (1809) romanından götürülmüşdür.
Romanda baş qəhrəmanın nəyə simpatiyası olduğu gündəlik boyu dolğun təsvir olunur və o, ingilis donanmasının kanatlarında olan qırmızı iplərlə müqayisə edilirdi: «...Ottiliyanın bütün gündəliyi boyu simpatiya və bağlılığın qırmızı ipləri uzanır...»
Deməli, bu ifadənin ortaya çıxması ingilis donanmasının tarixi ilə bağlıdır. 1776-cı ildən admirallığın əmrinə görə, ingilis donanmasında kanatları oğurluqdan qorumaq üçün fabriklərdə bütün kanatın uzunluğu boyunca qalın ipdən bir qırmızı material çəkirdilər, daha doğrusu, hörürdülər. Həmin qırmızı ipi açmaq olmurdu, ipdən lap kiçik bir hissə kəsilsə idi, yenə də onun donanmaya aid olduğu bilinirdi.
Yazıda, çıxışda, bədii əsərdə «qırmızı xətlə keçmək» əsas ideyanı, fikri vurğulamaq məqsədi daşıyır.
Məsəllər, deyimlər