1. Bərk qızdırılmaq, ya qızmaq nəticəsində buxarlanaraq pıqqıldamaq, paqqıldamaq, qələyan etmək, köpüklənmək; içində maye, xörək qaynayan qab haqqında. □ Qazan qaynayır.
2. Şişib qabarmaq, turşuyub qabarmaq, qıcqırmaq. □ Üzüm şirəsi qaynamağa başladı.
3. Məcazi mənada: yerdən şiddətlə çıxıb qabarmaq, fışqırmaq, köpüklənmək, axmaq. □ Çeşmə yerdən qaynayıb axır.
4. Məcazi mənada: intizamsız bir surətdə hərəkət edən saysız-hesabsız adam və ya heyvan, həşərat və s. kütləsi haqqında. □ Küçələr adamla qaynayır.
5. Məcazi mənada: bir şeyin çox güclü, şiddətli, coşqun təzahürünü ifadə edir. □ Qoca əxinin sinəsi isə sanki tükənməz bir bulaqdı, o daima qaynayır. (Ə.Məmmədxanlı).
6. Məcazi mənada: daim hərəkətdə olmaq, bir an rahat olmamaq. □ Bu adamın bir dəqiqə rahatlığı yoxdur, daim qaynayır.
7. Dalğalanmaq, coşmaq, köpüklənmək, qabarmaq. □ Dəniz qaynayır.
Həmçinin bax: