►Haqqında soruşulan və ya müzakirə edilən bir şeylə bağlı söz tapıb deyə bilmədikdə mövzunu dəyişməyə cəhd göstərmək.
İfadə Azərbaycan aşıq sənətində və meyxanaçılıqda mövcud olan üzbəüz deyişmə ənənəsi ilə bağlı yaranıb və yayılıb.
Şairlər, aşıqlar və ya meyxana ustaları bir qafiyə ortaya atıb onun əsasında bənd-bənd şeirlər deyirlər. Deyişərkən qafiyəni ən çox davam etdirən adam qalib gəlmiş hesab olunur. Müvafiq söz tapıb qafiyəni davam etdirə bilməyən tərəf isə yeni qafiyə başlamağa, yəni qafiyəni dəyişməyə məcbur olur.
Eləcə də hər hansı mövzuda mübahisə zamanı öz fikirlərinin düzgünlüyünü müdafiə etmək üçün dəlil və sübutu olmayan adam söhbəti dəyişmək və ya mübahisəyə başqa istiqamət vermək istədiyi zaman onun haqqında «Bu adam qafiyə dəyişir» deyərək göstərilən məsəli məcazi mənada işlədirlər.
Məsəllər, deyimlər