1. Rəsmi dövlət tədbirlərinin işıqlandırılması üzrə ixtisaslaşan, əsas vəzifəsi bu tədbirlər haqqında quru informasiyaların, rəsmi sənəd və rəylərin yayılmasını təmin etmək olan media əməkdaşları və vasitələrinin fəaliyyət dairəsi.
2. Mətbuat konfransında eşitdikləri, press-relizdə oxuduqları informasiyanı heç bir sual vermədən, şərh etmədən olduğu şəkildə auditoriyaya çatdıran jurnalistlərin fəaliyyət təcrübəsi, iş prinsipi.
Terminin birinci mənasında P.J. ilə məşğul olan media əməkdaşından xüsusi bilik və bacarıqlar tələb olunursa, ikinci mənada o daha çox texniki funksiya yerinə yetirir.
Jurnalistika terminləri lüğəti