Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

populizm

lat. populus – xalq

1. Xalq küt­lələrinin maraqlarını müdafiə etməyə və onları hakim zümrənin maraqlarına qarşı qoymağa yönəlmiş ictimai fəaliyyət, siyasi doktrina.

P. ideyaları XIX əsrin sonla­­rın­dan etibarən genişlənməyə başlayıb. Bu ideyalar öz əksini daha çox müxalif li­der­lərin çıxışlarında, KİV-in bürokratiyanı ­kəs­­­kin tənqid edən, hakimiyyət orqan­larına inamsızlıq yaradan yazılarında tapır. Politologiyada P.-ə fərqli baxış bucaq­la­rından yanaşma mövcuddur: o, «birbaşa demok­ratiya»nın ən uğurlu modelindən tutmuş «demaqogiya»ya qədər ziddiyyətli qiy­mət­lərə layiq görülür. 

2. Çıxışlarda, məqalələrdə xalqa müraciət, ritorik üslub.

3. İnsanlarda ciddi problemlərin asanlıqla həll olunacağına sadəlövh inam forma­laş­dırmaqla xalq kütlələrinin rəğbətini qazanmaq cəhdi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti