Reklam
Reklam

Məsəllər, deyimlər

PAPAĞINI YERƏ SOXMAQ

►Kiminsə qarşısında əskilmək, əyilmək, etimadı doğrultmamaq, özünü biabır etmək, yanlış davranışa yol vermək.

İfadə keçmiş əyyamlarda salamlaşarkən papağı başdan götürərək təzim etmək adəti ilə bağlı yaranmışdır.

Hələ qədimdən Şərq ölkələrində kişilər salamlaşarkən papaqlarını, çalma və digər baş örtüklərini çıxarmalı idilər. Xüsusən aşağı silkin nümayəndələri imtiyazlı adamlarla görüşəndə, məsələn, kəndlilər asılı olduqları mülkədarlarla rastlaşanda diqqətli olmalı idilər. Bu səbəbdən də kəndlilər mülkədarı görəndə papaqlarını çıxarır, ona uzun müddət baş əyir, papağı əllərində yellədir, onu başlarına qoymağa tələsmirdilər.

Hər hansı səbəbdən ağanın yanında papağı çıxarıb təzim etməmək qəbahət sayılırdı və bəzən buna görə kəndlini cəzalandırırdılar. Ona görə də kəndlilər ayıq-sayıq olur, mülkədarı görən kimi əllərini papağa atırdılar.

Kəndlilərin mülkədar qarşısında «papaq çıxartdığı» zamanlar çoxdan keçsə də, ifadə qalmış, əvvəlcə məcazi mənada «kiminsə qarşısında əskilmək, əyilmək» mənasını verməyə başlamış, sonralar isə həm də etimadı doğrultmamaq, yanlış hərəkətə yol vermək və s. mənalarda işlədilmişdir.

Məsəllər, deyimlər