Reklam
Reklam

Tarix terminləri lüğəti

ölkəşünaslıq

Hər hansı ölkənin və ya onun ayrı-ayrı bölgələrinin, şəhərlərinin, kəndlərinin təbiətini, əhalisini, təsərrüfatını, tarix və mədəniyyətini kompleks şəkildə öyrənən elm sahəsi.

Ö., öz növbəsində, bir sıra sahələrə bölünür: coğrafi Ö., tarixi Ö., etnoqrafik Ö., toponomik Ö. və s. Tədqiqatların, adətən, yerli mütəxəssislər tərəfindən aparılması Ö.-ın əsas fərqli xüsusiyyəti sayılır. Azərbaycanda bu elm XIX əsrdə inkişaf etməyə başlayıb: maarifpərvər ziyalılar doğma diyarın tarixinə və mədəniyyətinə dair materialları toplayaraq çap etdiriblər. Qabaqcıl müəllimlər məktəblərdə, kitabxanalarda Ö. dərnəkləri, kiçik muzeylər yaradıblar. Ö.-ın inkişafında XX əsrin 20-ci illərində fəaliyyət göstərmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin böyük rolu olub.

Tarix terminləri lüğəti