Ən qədim primitiv daş alətlər hazırlanması mədəniyyəti.
Bunun üçün sadəcə daşı iki yerə bölməklə iti kənarı olan parçalar əldə ediblər. İlk belə alətlər Tanzaniyanın şimalındakı Olduvay dərəsindən tapıldığı üçün həmin mədəniyyətə də müvafiq ad verilib. Daha sonra bu tip alətlər dünyanın digər bölgələrində də aşkarlanıb. Ehtimala görə, daş alətlərin hazırlanması 2,6–2,7 milyon il əvvəl başlanıb və 1–1,2 milyon il əvvələdək davam edib: ilk alətləri avstralopiteklər, sonuncuları isə arxantroplar (Homo erektus) düzəldib. Paleolit dövrünə aid ən qədim maddi mədəniyyət nümunələrinin aşkarlandığı Olduvay dərəsində həmçinin avstralopiteklərə yaxın olan, təqribən 2 milyon il əvvəl yaşamış prezincantropun (Homo habilis) qalıqları da tapılıb. O.M.-nə aid tapıntılar insanın artıq heyvanlar aləmindən ayrılmağa başladığını göstərir.
Tarix terminləri lüğəti