yun. anthropos – insan + lat. genos – mənşə, əsil
Növlərin bu və ya digər nəqliyyat yolu ilə yayılması.
N.A.Y.-nın belə formaları var:
a) müxtəlif dəniz hövzələrini birləşdirən kanallar vasitəsilə (məs.: meduzaların Volqa-Don kanalı ilə Qara dənizdən Xəzər dənizinə keçməsi);
b) qitələrarası və qitələrdaxili nəqliyyatla (məs.: Amerikadan Avrasiyaya bəzi alaq otlarının gətirilməsi);
c) təsadüfi üsullarla.
Coğrafiya terminləri lüğəti