Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

media mədəniyyəti

lat. medium – ara, vasitəçi

İctimai şüurun formalaşdığı mədəni-tarixi inkişaf prosesində bəşəriy­yətin yaratmış olduğu informasiya-kommunikasiya vasitələrinin və onların təsiri altında təşəkkül tapmış maddi-mənəvi dəyərlərin məcmusu.

M.M. termini XX yüzillikdə mədəniyyətşünaslığın irəli sür­düyü yeni anlayışdır, informasiya əsrində vətəndaşla dövlət, cəmiyyətlə hakimiyyət arasında münasibətləri xarakterizə edir. M.M informasiyanı ötürmək və onu qəbul edərək təhlildən keçirmək, qiymət­lən­dir­mək, qavramaq bacarıqlarını ehtiva edir, şəxsiyyətin inkişaf səviyyəsinin, dövlətin vətəndaşlarla münasibətlərdə sivillik dərə­cəsinin göstəricisi kimi qəbul olunur. M.M. «kütləvi mədəniyyət» termininin alternatividir: kütləvi mədəniyyət kütlədən doğur, M.M.-ni isə media formalaşdırır.

Jurnalistika terminləri lüğəti