fr. la Ligne Maginot
Fransanın Almaniya, Lüksemburq, qismən də Belçika ilə sərhədində fortifikasiya qurğuları və maneələr sistemi.
M.X. Fransanın hərbi naziri A.Majinonun təklifi ilə 1929–1934-cü illərdə almanların mümkün hücumundan ölkəni qorumaq məqsədilə yaradılıb. Uzunluğu 400 km, eni 6-8 km olan bu xətdə 39 uzunmüddətli müdafiə qurğusu, 75 bunker, 500 artilleriya və piyada bloku, həmçinin blindajlar və müşahidə məntəqələri yerləşdirilib. Lakin 1940-cı ilin may–iyul aylarında alman qoşunları ondan yan keçərək Fransanın şimalını tutublar və M.X.-nin arxasına çıxıblar. Fransa təslim olduqdan sonra M.X.-ndəki fransız qoşunları da müqaviməti dayandırıb.
Tarix terminləri lüğəti