Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

komanda [k'amanda] isim latın

1. Komandirin, başçının müəyyən edilmiş qaydada qısaca şifahi əmri. □ Komandanı yerinə yetirmək. Hücum komandası.
2. Ümumiyyətlə, amiranə tərzdə qısaca verilən əmr, sərəncam.
3. Hər hansı bir hərbi hissədə başçılıq, komandanlıq. □ ..Mədədov Bədəlovun komanda etdiyi taqıma, Hacıyev isə Xolmoqortsevin taqımına getdi. (Ə.Əbülhəsən).
4. Əsgəri hissə, dəstə, yaxud xüsusi vəzifə daşıyan kiçik hərbi hissə. □ Pulemyot komandası. Keşikçi komandası.
5. Gəmi heyəti, onun bütün qulluqçuları. □ Gəmi komandası.
6. Hər hansı bir vəzifəni yerinə yetirən adamlar heyəti. □ Yanğın komandası.
7. Eyni bir idman növü ilə məşğul olan idmançılar dəstəsi, kollektivi. □ “Neftçi” futbol komandası. Güləşçilər komandası. Qadın basketbol komandası.

Azərbaycan dilinin izahlı lüğəti