Reklam
Reklam

Məsəllər, deyimlər

KİM BİZİMLƏ DEYİLSƏ, BİZƏ QARŞIDIR

►Hər hansı məsələ ilə bağlı mövqe bildirməyən, bitərəf qalan adamlardan ehtiyatlandıqda, onları özünə təhlükə hesab etdikdə işlədilən ifadə.

İfadə «Bibliya» kitablarında ideya, məslək və tərəfdarlar barədə rəvayətlərdən qaynaqlanaraq yayılmışdır.

Daha çox sinfi mübarizə işinə yarayan bu deyim Rusiyada sovet hakimiyyətinin qurulduğu ilk illərdə (1917–1920) bolşevik rəhbərlərinin dilindən tez-tez səslənmiş və daha çox aqressiv inqilabi şüar kimi assosiasiya olunmuşdur. Ziyalı təbəqəsinin bolşevik ideyalarına, marksizm-leninizm ideologiyasına tərəddüd, qorxu və ehtiyatla yanaşdıqlarını görən V.Lenin, F.Dzerjinski, L.Trotski, İ.Stalin və başqa rəhbərlər bütün bitərəflərdən konkret mövqe – Oktyabr inqilabını dəstəkləməyi tələb edirdilər. Həmin dövrdə «kim bizimlə deyilsə, bizə qarşıdır» deyimi sırf sinfi mübarizə və ictimai ədavət xarakteri daşıyırdı.

Sosializmin qələbə çaldığı ötən əsrin 30-cu illərindən sonra bu şüar arxa plana keçmiş və 50-ci illərin ortalarından, xüsusən «Xruşşov mülayimləşməsi»ndən başlayaraq rus ədəbiyyatında yumorla işlənməyə başlamışdı.

Məsəllər, deyimlər