Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kəşfiyyat və əməliyyat sirri

Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəa­liy­yəti sahəsində dövlət tərəfindən xüsu­si mü­hafizə olunan və mətbuatda açıq­lanması qadağan edilən məlumatlar.

Bunlara kəş­fiyyat, əks-kəşfiyyat və ­əmə­liyyat-axtarış fəaliyyətinin qüvvə və va­si­tə­ləri, metodları, planları, nəticələri haq­­qında, bu sahədə fəaliyyət göstərən orqanlarla konfidensial əməkdaşlıq edən və etmiş şəxslər haq­qın­da, dövlət mü­hafizəsi obyektlərinin təh­lükəsizliyinə yönəl­dilmiş qüvvə və vasitələr, metodlar haqqında, şifrlənmiş və məxfi­ləşdirilmiş rabitə sistemləri, şifrlərin hazır­lanması və mühafizə vasitələri, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında, məxfi məlumatların, dövlət sirrinin müha­fi­zə­si­nin təşkili və faktiki ­və­ziyyəti haqqında, dövlət sərhədinin mü­ha­fizəsi haqqında, dövlətin müda­fiə­sinin, təhlükəsizliyinin və hüquq-mühafizə fəaliy­yətinin təmin olun­ması ilə əlaqədar dövlət büdcəsinin xərc­ləri haqqında məlu­matlar daxildir.

Jurnalistika terminləri lüğəti