Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kərmə1

Basarkeçər, Cəbrayıl, Cəlilabad, Füzuli, Hamamlı, Kəlbəcər, Şərur, Kürdəmir, Qazax, Ordubad, Sabirabad, Salyan, Şərur

Təzək.  Malın tullantısın ayaxlı:b bərkidillər olur basma, sonra doğruyullar olur kərmə (Hamamlı); Qışda kərməni yandırırıx (Kəlbəcər); Gəti pıça kərmə qala yansın (Sabirabad); Ora kərmə yığıb yanacağ üçin (Cəlilabad).

kərmə2

Salyan

Kir, çirk. □ Kirin, kərmə:n içindəyəm.

Azərbaycan dilinin dialektoloji lüğəti