Reklam
Reklam

Məsəllər, deyimlər

KEFİ DOXSAN DOQQUZU VURMAQ

►Yaxşı, yüksək dərəcədə şən əhvali-ruhiyyədə olmaq, fasiləsiz deyib-gülmək, əylənmək, heç nə vecinə olmamaq.

İfadə nəyinsə göstəricisi kimi doqquz rəqəminin yüksək – son hədd olması barədə təsəvvürlərlə bağlı yaranmışdır.

Əslindә, ifadə «kefi doqquz olmaq» şəklində yaranıb. Sonralar onun deyilişini və məzmun cəhətini daha da şiddәtləndirmək üçün «doxsan» sözü də əlavə edilmişdir. Qәdimlərdә bir çox xalqlarda doqquz rәqәmi sayın son hәddi hesab olunurdu; məsələn, «doqquzuncu dalğa» dedikdə ən güclü tufan və ya qasırğa nəzərdə tutulurdu. Türk xalqları bu rəqəmin uğurlu, səadətgәtirici olduğuna inanırdılar. Onlar göylәrin, fәlәklərin də sayının doqquz olduğuna әmin idilәr.

İfadә danışıq dilinə məxsus şişirtmə, mübaliğә, tәkrarlama meyli ilә әlaqədar işlənir və bir şeyin həddindən çox, ifrat olduğunu bildirir.

Məsəllər, deyimlər