Reklam
Reklam

Məsəllər, deyimlər

KEÇİLƏRİ DAĞILMAQ

►Hirsi keçmək, soyumaq, tədricən özünə gəlib sakitləşmək.

İfadə xalq arasında keçinin davranışları ilə bağlı formalaşmış mənfi təsəvvürlərdən qaynaqlanır.

Tarixən xalq düşüncəsində keçinin, adәtәn, mәnfi sәciyyәlәndirildiyi məlum olur: keçi tərsdir, keçi axmaqdır («Saqqalda feyz olsaydı, keçiyә Kәramәddin ağa deyәrdilәr»), keçi, ümumiyyәtlə, pisdir («Qoyunu qoyun ayağından, keçini keçi ayağından» – әslində, dini ifadə olan bu cümlә «yaxşını – qoyunu pisdәn – keçidәn fәrqlәndirmәk» anlamındadır). Bütün bunlardan әlavә, keçi һəmişə iy verir, «keçi iyi» ifadәsi mәşһurdur. Bəzi dialektlәrdә «dıbır – dıvır iyi» ifadəsi məşhurdur.

Xalq dilindә işlənәn «Onun hәr dediyi keçi olsaydı, indi dağları iy bürümüşdü» ifadәsindә dә məqsəd «iy» anlayışını nәzәrә çarpdırmaqdır.

Tәdricən həmin ifadәlәrin tәrkibindә «keçi» әvəzinә «cin» işlədilmәyә başlamış və yeni variantlar meydana çıxmışdır.

İfadənin əksi olan «keçilәri gəlmək» deyimi isə hirslənmək, әsəbləri tarıma çəkilmәk, özündәn çıxmaq deməkdir.

Məsəllər, deyimlər