Reklam
Reklam

Məsəllər, deyimlər

KADRLAR HƏR ŞEYİ HƏLL EDİR

►«İstənilən işin keyfiyyəti, uğuru və səmərəsi həmin işi görən peşəkar adamlardan asılıdır» mənasında işlədilən ifadə.

İfadə SSRİ-nin keçmiş rəhbərlərindən biri, Sov.İKP MK-nın baş katibi İosif Stalinin (1878–1953) çıxışlarının birində səslənmiş və tezliklə məşhurlaşmışdır.

İstehsal və idarəetmənin bütün sahələrində yerində olan mütəxəssisin, peşəkar insanın xüsusi rolunu vurğulayan bu məşhur deyim 1935-ci il mayın 4-də Kreml sarayında İ.V.Stalinin hərbi akademiyaların məzunları qarşısında çıxışında səslənmişdir. «Bütün dövrlərin və xalqların rəhbəri» gələcək hərbi xadimlərə öz peşələrinə mükəmməl yiyələnməyi, xüsusən texnikanı yaxşı bilməyi tövsiyə edərkən belə bir ifadə işlətmişdir: «texnikaya yiyələnən kadrlar hər şeyi həll edir».

İfadə mətbuatda «kadrlar hər şeyi həll edir» şəklində çap olunmuş, tezliklə şüara çevrilmişdir. Həmin deyim bu günədək öz aktuallığını saxlamışdır.

Məsəllər, deyimlər