Cinayət işi üzrə məhkəmə baxışınadək yayılmasına icazə verilməyən ibtidai araşdırma məlumatları.
Qanunvericilikdə İ.S.-nə aid edilə biləcək informasiyaların konkret sərhədi göstərilmir. Yalnız terrorçuluğa, silahlı mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlərə, yetkinlik yaşına çatmayan proses iştirakçılarının şəxsiyyətinə dair məlumatların icazəsiz yayılmasına birbaşa məhdudiyyət qoyulur. Qalan hallarda İ.S.-nin dairəsini ibtidai araşdırmanın maraqlarını, habelə onun iştirakçılarının hüquq və mənafelərini nəzərə alaraq istintaqı aparan şəxs, işə prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə müəyyənləşdirir. Müvafiq xəbərdarlıq aldıqdan sonra belə məlumatları yayan KİV və jurnalistlər məsuliyyət daşıyırlar.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti