Reklam
Reklam

Məsəllər, deyimlər

İSTİ İZLƏRLƏ

Nəyi isə (deyilmiş sözü, törədilmiş cinayəti, ortaya çıxmış problemi və s.) təcili aydınlaşdırmağı, gecikmədən hərəkət etməyi bildirən ifadə.

İfadənin ovçuların söhbətləri əsasında yarandığı ehtimal edilir.

Ovçular uzunillik təcrübələrinə əsaslanaraq bu qənaətə gəlmişlər ki, ovda izlənilən heyvanın qoxusunu güclü şəkildə özündə saxlayan izdir. Ov itləri məhz bu izlərin ardınca gedərək hansısa heyvanı təqib edir və sahiblərinin etibarlı bələdçiləri olurlar.

İfadənin qədim Rusiyanın istintaq şöbələrində yaranması ehtimalı da vardır. İstənilən cinayətin üstü təzə izlərlə daha tez açılır. Cinayətkarın axtarışında xüsusi xəfiyyə itlərindən istifadə olunursa, onun üçün vacibdir ki, iz soyumasın, yəni qoxu havaya sovrulub getməsin.

Məsəllər, deyimlər