►Çox bic, hiylәgәr, fırıldaqçı, vәlәdüzzina adam haqqında işlədilən ifadə.
İfadәnin yaranması Şaһ Abbasın hakimiyyәti illərindә İsfahan şәhәrinin paytaxta çevrilməsi, hәm әrazi, hәm dә iqtisadi-siyasi cәhәtdәn böyümәsi ilә әlaqәdardır.
Orta əsrlərdə şәһәrlərin böyümәsi ilә әlaqәdar kəmfürsət, hiyləgər və fırıldaqçı ünsürlәrin çoxalmasına da müəyyәn şәrait yaranırdı. Bu ünsürlәr İsfaһan paytaxt olduqdan sonra onun әtraf mahallarına yayılaraq yerli türklərə daha çox әziyyətlәr verirdilәr, xalqı çapıb-talayırdılar. Digәr tәrəfdәn uzun zamanlardan bәri dövlәt mәrkəzi olan Tәbrizin saray adamları tәrәfindən nüfuzdan salınması, mәrkәzin fars şәһəri İsfaһana köçürülməsi Azәrbaycan xalqının Şah Abbas üsuli-idarәsinә nifrәtini getdikcә artırırdı. Odur ki xalqın Şah Abbasa, onun sarayı yerlәşәn İsfaһana mәnfi münasibәtini bildirәn bu ifadә hәlә o zamanlar çox geniş şәkildə yayılmışdı.
İsfaһan lotuları haqqında cürbәcür әfsanә vә rәvayәtlәr yaranmaqda idi. Bu әfsanә vә rәvayәtlәrin әks-sәdasını bir çox Azərbaycan nağıl və dastanlarında (o cümlәdәn «Aşıq Qәrib» dastanının 40 lotu ilә әlaqәdar epizodunda) görmәk mümkündür.
Məsəllər, deyimlər