Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

intensiv inkişaf

lat. intendere – gərgin

Əlavə resurslar cəlb olunmadan mövcud resurslardan istifadə səmərəsini artırmaqla əldə edilən iqtisadi inkişaf.

İ.İ. elmi-texniki nailiyyətlərin istehsalatda geniş tətbiqi, kənd təsərrüfatında torpağın münbitləşdirilməsi, meliorasiya kimi böyük vəsait tələb edən tədbirlərin həyata keçirilməsi hesabına əldə olunur. Bu forma, əsasən, İEÖ üçün səciyyəvidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti