Reklam
Reklam

Tarix terminləri lüğəti

inkişaf etməkdə olan ölkələr (İEOÖ)

Sosial-iqtisadi inkişafda dünyanın aparıcı ölkələrindən geri qalan, istehsal vasitələrinin çatışmazlığı, aqrar sektorun iqtisadiyyatda böyük həcmi, emal sənayesinin zəif inkişafı, əhalinin yüksək artım sürəti, işsizlərin sayının çoxluğu və s. ilə xarakterizə olunan müstəqil ölkələr qrupu.

Belə ölkələrdə ümumi daxili məhsulun həcmi və adambaşına düşən gəlir aşağı olur. Onların əksəriyyətinin iqtisadiyyatı yalnız bir məhsulun istehsal və ixracı üzərində qurulur. İEOÖ-i çox vaxt “üçüncü dünya” ölkələri də adlandırırlar. BMT Asiya, Afrika və Latın Amerikasının əksər dövlətlərini bu sıraya daxil edir.

Həmçinin bax:

Tarix terminləri lüğəti