1. Klassik ədəbiyyatda cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çabalama mənalarında işlənmişdir. □ ..Etdikləri ictihadə nisbət; Millətdən alır bu gün də qiymət. (M.Ə.Sabir).
2. İlahiyyat. Müctəhidin əhkam və hadisələrdən məna, hökm çıxarması və çıxardığı məna. □ ..Məsələn, onun əqidəsi ilə guya ictihad lazım deyil və xüms və imam malı vermək xilafdır.. (M.F.Axundzadə).