Reklam
Reklam

Məsəllər, deyimlər

HƏYƏCAN TƏBİLİ ÇALMAQ

►Yaxınlaşan hər hansı təhlükə və ya ortaya çıxan problem barəsində təşvişlə danışmaq, həyəcan qaldırmaq, bu təhlükə barədə ictimaiyyəti xəbərdar etmək.

İfadə vaxtilə Rusiyada misdən hazırlanmış təbillərlə hər hansı həyəcan və təhlükə barədə xəbər vermək ənənəsindən yaranmışdır.

Qədim Rusiyada misdən hazırlanmış və hər hansı həyəcan, təhlükə haqda adamlara xəbər verərkən vurulan təbillərə nabat deyirdilər. Sonra isə yanğınlar, daşqınlar və digər təhlükələrdən xəbər verən qırıq-qırıq kilsə zənglərini də belə adlandırmağa başladılar.

Ərəb dilindən Avropa dillərinin bir çoxuna keçmiş «nabat» sözü tərcümədə «təbil vurulması» deməkdir. Bu ifadə dilimizə rus dili vasitəsilə daxil olmuşdur.

Beləliklə, ifadə xalq arasında geniş işlənməyə və yerini möhkəmlətməyə başlamışdır. Hazırda daşqın, yanğın və digər fövqəladə hallarda artıq heç kim kilsə zəngi və ya təbil çalmır. Amma «təbil çalmaq» frazeoloji birləşməsi yenə də «həyəcan qaldırmaq» mənasını verir.

İfadə tədricən ictimai həyatda «gözlənilməz hadisələrə diqqəti cəlb etmək» mənasında da işlədilir.

Məsəllər, deyimlər