►Həyatda, cəmiyyətdə hər şeyin dəyişdiyini, hərəkətdə olduğunu bildirən ifadə.
İfadənin qədim yunan filosofu Heraklitlə Efesin şöhrətli filosofu Platon arasında gedən məşhur dialoqların birində meydana çıxaraq yayıldığı ehtimal olunur.
Əslində, qədim yunan frazeologiyasında «hər şey hərəkət edir» fikri müxtəlif formalarda təkrar olunur. Məhz tarixən qorunub-saxlanmış bu fikir eyni zamanda digər frazeologizmin – «axan çaya ikinci dəfə girmək olmaz» kimi qanadlı ifadənin də yaranmasına səbəb olmuşdur.
Dünyanın müxtəlif dillərində geniş yayılmış bu ifadələrin hər ikisi təbiət və cəmiyyət həyatında dəyişikliklərin mütəmadi və qaçılmaz olduğunu bildirir.
Məsəllər, deyimlər