Reklam
Reklam

Məsəllər, deyimlər

HAKİMİYYƏT DƏHLİZLƏRİNDƏ

►Ölkə həyatı üçün ciddi qərarların qəbul edildiyi yeri, problemləri kənar müşahidəçilərdən, mətbuatdan və ictimai təşkilatlardan gizli şəkildə müzakirə edən dövlət və hökumət qurumlarını nəzərə çatdıran ifadə.

İfadə ingilis yazıçısı, alim-fizik, dövlət və ictimai xadim olan lord Çarlz Perse Snonun 1964-cü ildə yazdığı «Hakimiyyət dəhlizlərində» romanından sonra populyarlaşmışdır.

Ç.P.Snou həmin əsərində ictimai-siyasi həyatın tənzimlənməsində hakimiyyətin rolundan bəhs edir və göstərir ki, cəmiyyətin aparıcı güclərinin iştirakı olmadan qəbul edilən qərarlar hansı faciələrə yol açır. Müəllif hələ həmin əsərindən bir neçə il əvvəl – 1956-cı ildə qələmə aldığı «Vətənə qayıdış» romanının 22-ci fəslində Londonda Uaytholl küçəsində təsvir etdiyi nazirliyi «hakimiyyətin dəhlizi» adlandırmışdı.

Hazırda «hakimiyyət dəhlizləri» ifadəsi, bir qayda olaraq, cəmiyyət üçün vacib qərarların qəbul edilməsinə məsuliyyət daşıyan ali hakimiyyət dairələrinin sinonimi kimi qəbul olunur. Siyasi şərhlərdə və publisistik yazılarda bu ifadə gen-bol işlədilir.

Məsəllər, deyimlər