Reklam
Reklam

Məsəllər, deyimlər

GÖZÜ SU İÇMƏMƏK

►Etibarı olmamaq, inanmamaq, ürək qızdırmamaq, arxayın olmamaq.

İfadә Azәrbaycanda metal emalının meydana çıxıb yayılması ilә әlaqәdar formalaşmışdır.

Burada xüsusilә dəmirçilik peşәsinin mühüm rolu olmuşdur, çünki dәmirçilikdә metal alәtlәrin «su içmәsi» onların ovxarlılığını tәmin edәn amillәrdәndir. Su içmәyәn alәtin ovxarı, kәsәri zәif olur. Odur ki, adәtәn, inkarda işlənәn «gözüm su içmir» ifadәsi, əslindә, «gözüm bir itilik, qabiliyyәt seçmir, görmür» mәnasındadır. Buradakı «göz» bizi çaşdırmamalıdır. Bu söz sinekdoxa (tam әvəzinә һissә) sәciyyәli olub şәxsi, danışanı әks etdirir. Gözüm su içmir. Yəni gözüm bu işdәn (şәxsdәn) ovxarlanmır, kәsәrlәnmir.

Dilimizdә işlәnib «bax ona, gözünә su ver» ifadәsi də «onun ovxarlığından sәn dә su iç» (tәsirlәn, faydalan) anlamına gәlir.

Məsəllər, deyimlər