Reklam
Reklam

Etimologiya lüğəti

göz qoymaq

Подметить mənasında işlədilən bu sabit birləşmədəki qoymaq sözü qaramaq (baxmaq) feilinin dəyişmiş formasıdır, yaxın mənalı sözlərin birləşməsindən əmələ gəlib. Gözəyarı kəlməsindəki yarı komponenti də qaraq (göz) sözünün dəyişmiş formasıdır. Qaqauz dilində gözəyarı əvəzinə qöz kararına (приблизительно) ifadəsi işlədilib ki, buradakı karar hissəsi məhz qaraq sözü ilə eyni olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti