►Bir işə yeni başlayan adamı öz sahəsində böyük nailiyyətlər qazanacağına inandırmaq, ruhlandırmaq üçün işlədilən ifadə.
İfadəni uzun illər rus sərkərdəsi A.Suvorovun (1730–1800) adına yazıblar, əslində isə aforizm imperator Napoleonun (1769–1821) dilindən çıxıb.
Fransa tarixçisi E.Blaz 1837-ci ildə işıq üzü görmüş «İmperiya dövründə hərbi həyat» kitabında aforizmin Napoleona məxsus olduğunu təsdiqləyir.
Yazıçı K.Remyuza (1780–1821) öz «Memuarlar»ında təsvir ki, 1806-cı ildə Yena yaxınlığındakı döyüşdən sonra bir əsgərin məktubu əldən-ələ gəzirdi; həmin məktubda aşağıdakı sözlər vardı: «Şübhə yoxdur ki, əsgəri ruhlandıran onun başqaları kimi marşal, knyaz, yaxud hersoq ola biləcəyi haqqında fikirdir». Tədqiqatçılar belə fikirləşirlər ki, bu aforizm Napoleona fransız ordusunda silklər arasındakı qeyri-bərabərliyi aradan qaldırmağa kömək edib. Onun ordusu Avropada cismani cəzaların qadağan olunduğu və adi əsgərin marşal rütbəsinə qədər yüksələ biləcəyi yeganə ordu idi.
Rusiyada isə həmin illərdə səhvə yol vermiş əsgəri bəzən ölənədək döyürdülər, zabit rütbələri yalnız zadəganlara verilirdi. Bu səbəbdən də həmin ifadənin XVIII əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünmür.
A.Suvorovun həqiqətən bu ifadəni işlətdiyinə dair heç bir sübut yoxdur, onun müasirlərindən heç kim bunu təsdiqləmir. Rus mənbələrində həmin aforizmə ilk dəfə yazıçı Aleksandr Poqosskinin 1855-ci ildə yazdığı «Əsgər qeydləri» kitabında rast gəlinir. Poqosski yazır: «General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil, amma gələcək taleyi barədə çox düşünən əsgər ondan da pisdir».
Məsəllər, deyimlər