Reklam
Reklam

Məsəllər, deyimlər

FÜZULİ MƏNDƏN OĞURLAYIB

►Özündənmüştəbeh, əslində isə istedadsız və qabiliyyətsiz olan adamları səciyyələndirmək üçün istehza ilə işlədilən ifadə.

İfadə ilk dəfə böyük dramaturq Cəfər Cabbarlının «Almaz» pyesində Şərifin dilindən yayılmışdır.

Əsərin əsas obrazlarından biri olan Şərif baş qəhrəman Almaza poetik «istedadını» göstərmək üçün guya özü yazdığı bir şeir oxuyur. Almazın «...mən bu şeiri ya Füzulidə görmüşəm, ya da...» sözlərinə «şair» Şərif özündənrazı şəkildə «onda, yəqin, Füzuli məndən oğurlayıb» cavabını verir.

Burada «məndən» sözü başqa şəxslərə görə dəyişdirilərək də (səndən, ondan, filankəsdən) işlənir.

Adətən, bu ifadə bədii yaradıcılıqla məşğul olan istedadsız adamlara və başqalarının əsərlərini mənimsəyənlərə münasibətdə işlədilir.

Məsəllər, deyimlər