Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

frazeoloji birləşmə

Mənası tərkibindəki sözlərlə birbaşa əlaqələnməyən sabit söz birləşməsi; idiom.

Məcazi məna kəsb edən frazeoloji birləşmə nitqin emosionallığını, obrazlılıq və ifadəliliyini artıran təsirli vasitələrdən biridir. Sərbəst söz birləşməsindən fərqli olaraq frazeoloji  birləşmə sintaktik deyil, leksik vahiddir və cümlənin bir üzvü kimi çıxış edir. Dilimizdəki frazeoloji birləşmələrin əksəriyyəti feili birləş­mələrdir: baş sındırmaq, gözü doymamaq və s. Lakin isim (ağıl dəryası), sifət (aydan arı, sudan duru), zərf (bir göz qır­pımında) məqamında işlənən frazeoloji birləşmələr də var. Hər bir dilin frazeoloji birləşmələri o dilin incəliklərini və zən­ginliyini əks etdirir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti