Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

fiziologiya

yun. “physis” – təbiət, “logos” – elm

Biologiyanın orqanları, orqanlar sisteminin, hüceyrə və toxumaların, ümumilikdə isə vahid orqanizmin iş prinsipini öyrənən sahəsi.

Həyati proseslərin normaları sərhədlərini – normal F. və onlardan kənaraçıxmaları pato F. öyrənir. F. canlı orqanizmin fəaliyyyətlərinin icra mexanizmini açmaqla, onlar arasındakı əlaqəni, təkamülünü və fərdi inkişaf proseslərini tədqiq edir. F. sistemli münasibət icra edən elm olub orqanizmi və onun hissələrini bir sistem kimi tədqiq edir. Azərbaycanda da fiziologiya elmi XX əsrin birinci yarısından inkişafa başlamışdır. F. inkişafında M.M.Təbrizinin, İ.İbrahimovun, H.Zərdabinin, Ə.Hüseynzadənin və akademik Abdulla Qarayevin xüsusi xidmətləri olmuşdur.

Biologiya terminlərinin izahlı lüğəti