Reklam
Reklam

Tarix terminləri lüğəti

fanatizm

lat. fanaticus – küt, kütləşmiş < fanum – müqəddəs yer, ziyarətgah

1. Hər hansı din, inanc, ideya və ya görüşə ifrat bağlılıq.

F., bir qayda olaraq, fərqli fikirlərə son dərəcə dözümsüz, hətta qəddar münasibətlə müşayiət olunur. F. tərəfdarı öz baxışlarını mütləq həqiqət kimi qiymətləndirərək onları nəyin bahasına olursa-olsun başqalarına da qəbul etdirməyə çalışır və bu zaman əksər hallarda zorakı üsullara əl atırlar, tənqidi yanaşmalara yol vermirlər. F.-in müxtəlif formaları var; məs.: dini F., siyasi F. və s.

2. Məcazi mənada: hər hansı bir şeyə, ideyaya, işə ehtiraslı və qızğın sədaqət.

Tarix terminləri lüğəti