Yas, matəm. □ Əza saxlamaq.
Klassik ədəbiyyatda əziyyət, zəhmət, məşəqqət, cəfa mənalarında işlənmişdir. □ Mən dəliyəmmi özümü məktəbə, dərsə sövq edəm; Dərsin əzası bir belə, xalqın ədası bir belə. (M.Ə.Sabir).
1. Bədən üzvləri (Azərbaycan dilində bəzən “üzv” mənasında işlənir). □ Şəmsi, mənim bədənimdə bir sağ əzam yoxdur. (S.S.Axundov).
2. Arxaizm. Bir cəmiyyət və ya heyəti təşkil edən üzvlərin məcmusu və ya hər biri. □ Parlaman parladı əzası ilə. (M.Ə.Sabir).