Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əyri-üyrü [əyri-üyrü] sifət

1. Çox yerindən əyilmiş, düz yeri olmayan. Əyri-üyrü ağac. Əyri-üyrü məftil.
2. Düz olmayan, düz istiqamətdə getməyən, çoxlu döngələri olan. Əyri-üyrü yollar. Əyri-üyrü küçələr. Əyri-üyrü xətt. Əyri-üyrü cığırlar.
3. Sözündə, işində, hərəkətində düz olmayan, yalançı, fırıldaqçı. Əyri-üyrü adamdan qaçmaq lazımdır.
4. Sözündə, işində, hərəkətində düz olmayan, yalançı, fırıldaqçı adam. Mən gecə səhərə kimi gözümü yummuram, böyük şəhərdir, necə olsa beş nəfər əyri-üyrüsü olmayacaqmı? (M.S.Ordubadi).
5. Yanlış, qüsurlu, nöqsanlı.

Azərbaycan dilinin izahlı lüğəti