►Böyük hörmət-izzət sahibi olan, nüfuzlu, alicənab, əsl kişi xasiyyətli adamı mədh etmək üçün işlədilən ifadə.
İfadə «Axırıncı aşırım» filmindən (1971) qaynaqlanır.
Abbasqulu bəy «Şura» hökuməti adından Kərbəlayı İsmayıla silahı yerə qoyub kolxoza qoşulmaq təklifi ilə Qarabağlı kəndinə gəlir. Lakin Kərbəlayı onun gəlişinin səbəbini bildiyindən üz-üzə gəlməkdən yayınır.
Abbasqulu bəy isə mənasız qırğına yol verməmək üçün təkidlə Kərbəlayını axtarır və nəhayət, onun məskunlaşdığı məkana yetişir. Evin həyətinə girəndə Abbasqulu bəyi Kərbəlayının əlaltısı Qəmlo qarşılayır. Qəmlonun kəndin camaatına etdiyi zülm və amansızlıqlarından xəbərdar olan bəy onun «Kimi istəyirsiniz?» sualına bəyliyinə və şəxsiyyətinə yaraşan kəskin bir intonasiya ilə: «Evin kişisini soruşarlar!» – deyə saymazyana cavab verir.
İfadə əsl, hörmətli, nüfuzlu kişini mədh etmək üçün işlədilir. Özünü kişi adına layiq aparmayan adamlara münasibətdə isə bu ifadədə təhqir və kinayə çaları qabardılır.
Məsəllər, deyimlər