Reklam
Reklam

Məsəllər, deyimlər

EŞŞƏYƏ MİN, BƏXTİN AÇILSIN

►Qədim inanclara görә, eşşәyin səadətə, xoşbəxtliyə qovuşmanın hamisi hesab olunduğunu vurğulayan ifadə.

İfadənin kökünün zərdüştiliklə bağlı olduğu ehtimal edilir.

Qədim Zәrdüşt dininә görә, eşşək ailә qurma, övlad törәtmә hamisi һesab olunurdu. Son vaxtlara qәdәr kənd yerlərində әrә getmәk istәyәn subay qızlar erkәk eşşəyə minib sürürdülәr ki, bəxtləri açılsın. Bəs eşşəyə olan bu inam və sevgi haradan qaynaqlanır?

Sualın cavabı zərdüştilikdə verilir və bildirilir ki, «xoşbəxtliyə qovuşma» və «artım» ideyasının eşşәklә әlaqәlәndirilmәsinin tarixi çox qәdimdir. Akademik Y.Bertels yazmışdır ki: «Zәrdüştiliyә görә, Vourukaşa adlı әfsanәvi göldә üçayaqlı eşşәk – «Xara» yaşayır. O, başını suya salanda tufan başlanır. Onun çox iti gözü vә qızıl buynuzu var ki, bu buynuzla zәrәrli varlıqları vurub mәhv edir. Xara anqıranda faydalı canlıların dişilәri balalamaq üçün boğaz olur, xeyirsiz canlıların dişilәri isә bala salır».

Mәhz artımla әlaqәdar olduğu üçündür ki, vaxtilə uzun müddәt yağan yağışın kәsmәsi üçün vә ya quraqlıq vaxtı yağış yağması üçün eşşәk başı yuyurdular. Bәzәn dә ulağı çimizdirirdilәr ki, yağış gəlsin.

Mәhәmmәd peyğəmbərin tövsiyəsinə görə, eşşәyin anqırtısını eşidәn hәr kәs şeytana lənət oxumalıdır. Çünki eşşәk şeytanı görür vә onun anqırtısı şeytanın tәzahürünün әlamәtidir.

Məsəllər, deyimlər