Dənizlərin bir dövlətin yurisdiksiyası altında olan və bu dövlətin ərazisi sayılan hissəsi.
Ə.S., habelə onların səthi, dibi və üzərindəki hava məkanı dövlətin suverenitetində olur. 1994-cü ildə qüvvəyə minmiş “Dəniz hüququ üzrə beynəlxalq konvensiya”ya görə, Ə.S.-nın sərhədi sahil xəttindən (ən böyük su çəkilməsi nöqtəsindən) maksimum 12 dəniz mili (22,2 km) qədər aralı keçə bilər. Lakin bəzi dövlətlərin daxili qanunvericiliyi ilə Ə.S. üçün fərqli məsafə müəyyənləşdirilib (məs.: Farer adaları – 3 dəniz mili). Adətən, bir dövlətin gəmiləri digər dövlətin Ə.S.-ndan beynəlxalq konvensiyanın şərtlərinə əməl etməklə sərbəst keçmək hüququna malikdir.
Tarix terminləri lüğəti