Reklam
Reklam

Məsəllər, deyimlər

ƏLİ ƏTƏYİNDƏN UZUN

►Həvalə olunmuş işi yarıtmayan, tapşırıqla göndərildiyi yerdən əliboş qayıdan adama münasibətdə işlədilən ifadə.

İfadə hələ qədimlərdə tapşırılmış işlə bağlı hesabat vermək şəraitindən yaranaraq yayılmışdır.

Bəziləri bu ifadəni qədimdə üst geyimlərin qolunun uzun olması ilə izah etməyə çalışır. Lakin prof. Məmmədəli Qıpçaq fərqli ehtimal irəli sürür. Onun yozumuna görə, ifadənin yaranması müəyyən iş həvalə olunmuş şəxsin həmin işi necə yerinə yetirməsi ilə bağlı hesabat verdiyi şəraitlə əlaqədar meydana çıxmışdır. Tapşırılmış işi uğurla yerinə yetirmiş adam ağasının yanında şax dayanaraq hesabat verərmiş.

Həvalə olunmuş işin öhdəsindən gələ bilməyən adam isə rəhbərin yanına məlumat vermək üçün gələrkən başı aşağı, beli ikiqat bükülmüş vəziyyətdə olarmış. Adam beli bükülmüş vəziyyətdə dayandıqda isə onun əli ətəyindən uzun olur, hətta yerə toxunur.

Frazeoloji ifadə bu gün də arxasınca göndərildiyi hər hansı işi yarıtmayan, oradan müsbət cavabla qayıtmayan adamlara münasibətdə geniş işlənir.

Məsəllər, deyimlər