Reklam
Reklam

Məsəllər, deyimlər

ƏLCƏK ATMAQ

►Münasibətləri aydınlaşdırmaq istəmək, mübahisəyə təhrik etmək, haqq-hesabı çürütməyə çağırmaq.

İfadə XIX əsrdə Rusiyada yayılmış adətlə bağlı meydana çıxmışdır.

Əsrin ortalarında aralarında ixtilaf yaranan və bunu danışıqla həll edə bilməyəndə zadəganlar rəqibi duelə çağırmaq üçün əlcəyi çıxarıb onun qarşısına atırdılar. Rəqib əlcəyi qaldırsa, duelə razı olduğunu bildirirdi. Sonra bu adət tədricən cəmiyyətin başqa təbəqələri arasında da yayılmağa başladı.

Bu gün «əlcək atmaq» deyəndə mübahisəyə, müzakirəyə maraq oyatmaq nəzərdə tutulur. Bu ifadəni yazılı dildə ilk dəfə rus yazıçısı İvan Qonçarov işlədib. O, rus ədəbiyyatının böyük simalarından olan M.Qriboyedovun «Ağıldan bəla» pyesinin əsas personajları haqqında yazdığı tənqidi məqaləsində bu ifadədən istifadə etmişdir.

Məsəllər, deyimlər