1. Lap duru, büllur kimi şəffaf. □ Dumduru su. Araz gəlir daşınnan; Suyu qalxır başınnan; Əzəli dumduruydu; Bulandı göz yaşınnan. (Bayatı).
2. Tərtəmiz, saf, aydın. □ Göy üzü dumduru, hava çox saf; Parlayır mavi asiman şəffaf. (A.Səhhət).
3. Lap axıcı, çox sıyıq. □ Dumduru bəkməz. Dumduru bal.