lat. de – ayrılma, ləğvetmə + militaris – hərbi
Müəyyən ərazidə hərbi istehkam və qurğuların ləğv edilməsi, həmçinin maraqlı tərəflər arasında əldə olunmuş razılığa əsasən, həmin ərazidə hərbi qüvvələrin saxlanmasına qadağa qoyulması.
Beynəlxalq münasibətlərdə bəzən dövlət sərhədləri boyunca yerləşən ərazilər D. olunur. Əksər hallarda isə atəşkəs sazişləri bağlanan zaman (məs.: 1953-cü ildə Koreyada, 1954-cü ildə Vyetnamda) müvəqqəti demarkasiya xəttinin hər iki tərəfində D. olunmuş zonalar yaradılır. Antarktika, Alan və Şpitsbergen adaları, Ay da daxil olmaqla bütün göy cisimləri tam D. olunmuş ərazilər sayılır.
Tarix terminləri lüğəti