►Mәhv etmәk, viran qoymaq, әsasından dağıtmaq, altını üstünә çevirmәk, xarabazara çevirmək, rəqibinə heç bir şans verməmək.
İfadә «İncil»dәn qaynaqlanaraq dünyanın bir sıra dillərində yayılmışdır.
Dini rәvayәtlərә görә, İsa peyğәmbәr Yerusәlimin mәһv olacağını әvvәlcәdәn xәbәr vermiş, onun dәbdәbәli tikililәrinə әli ilә işarә edәrәk demişdi: «O nәhәng binaları görürsәnmi? Bunlar hamısı elә dağılacaq ki, daşı daş üstә qalmayacaq».
Müasir dövrdә bu ifadә dini mәnadan uzaqlaşıb real, dünyәvi mәna kәsb etmişdir. Hərbi yürüşlər zamanı şəhərlərin dağıdılıb viran qoyulması daha çox bu ifadə ilə bildirilib.
Dilimizdə bu frazeoloji birləşməyə uyğun gələn «altını üstünә çevirmәk», «xarabazara çevirmək», «kor qoymaq» və s. ifadələr də işlənir.
Məsəllər, deyimlər