►Bir işin müəyyən zamanla, tədricən, yavaş-yavaş başa gəldiyini bildirən ifadə.
İfadә antik ədəbiyyatın nümayəndələrindən biri olmuş Ovidinin (e.ə. 43 – b.e. 17) әsәrlәrindәn qaynaqlanır.
Әslindә, atalar sözü kimi mәşһurlaşaraq bir sıra dillәrә yayılmış bu fikir qәdim yunan mәnbәlәrindә dә özünü göstәrir; mәsәlәn, Lukretsi (e.ə. 99–55) «Şeylәrin tәbiәti һaqqında» poemasında yazmışdır: «Damla daş yonar».
«Әkinçi» qәzetindә dәrc edilmiş (29 mart 1876-cı il) bir yazıda deyilir: «Elm kitablarımız olsa, onları oxurlar vә necә ki su damcı-damcı düşmәk ilә daşı deşәr, habelә o kitabları oxumaqdan elm vә әdәb mürur ilә xalqın könlündә nәqş bağlayıb möhkәmlәnər».
Məsəllər, deyimlər