Reklam
Reklam

Məsəllər, deyimlər

CİNİ BUTULKADAN BURAXMAQ

►«İnsanın düşünülməmiş hərəkətləri və məcraya sığmayan enerjisi çox dağıdıcı və qarşısıalınmaz hərəkətlərə səbəb ola bilər» mənasında işlədilən ifadə.

İfadə Şərqin məşhur «Min bir gecə» nağıllarından qaynaqlanaraq yayılmışdır.

Həmin nağıllar toplusunun bir süjetində göstərilir ki, dəryaya qarmaq atmış kasıb balıqçı uşağın tilovuna paslanmış mis küp düşür. Küpün ağzı bağlı və üzərində çar Süleyman ibn Davudun möhürü olur. O dövrdə peyğəmbər kimi tanınan Süleyman müdrik və ədalətli hökmdar olmaqla yanaşı, həm də ağacların, quşların, bütün canlıların dilini bilir, o cümlədən zalım ruh sayılan cinləri idarə edirmiş.

Balıqçı ehtiyatsızlıq edərək küpün ağzını açır, oradan tüstü və gurultular içərisindən nəhəng və qəzəbli cin çıxır. Amma artıq insanlara ziyan verəcək həmin cini butulkaya qaytarmağa balaca balıqçının gücü çatmır.

Müasir dövrdə bu ifadə yerindən oynamış qəzəbli kütlənin davranışlarına, həmçinin düşünülmədən başlanmış dağıdıcı kütləvi etiraz hərəkatına aid edilir.

Məsəllər, deyimlər